​Ağdamda polislər üç ədəd mina tapıb

​Ağdamda polislər üç ədəd mina tapıb ANAMA-ya məlumat verilib
Hadisə
22 Aprel , 2016 10:57
​Ağdamda polislər üç ədəd mina tapıb

Bakı. 22 aprel. REPORT.AZ/ Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları piyada əleyhinə 3 ədəd mina tapıb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, polis əməkdaşları tərəfindən Əfətli kəndi ərazisindən keçən Qar-qar çayının sahilindən 3 ədəd “PME-3” markalı piyada əleyhinə mina tapılıb və bu barədə ANAMA-ya məlumat verilib.

Son xəbərlər

Orphus sistemi