Ağdamda piyadanın ölümünə səbəb olan sürücü tutulub

Ağdamda piyadanın ölümünə səbəb olan sürücü tutulub Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır
Hadisə
10 Noyabr , 2016 12:19
Ağdamda piyadanın ölümünə səbəb olan sürücü tutulub

Bakı. 10 noyabr. REPORT.AZ/ Ağdam rayonunda piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü tutulub. "Report"un məlumatına görə, Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Bəhrəm Hüseynovu avtomobillə vuraraq hadisə yerindən qaçan sürücü Fəxri Əliyev tutulub.

Qeyd edək ki, hadisə noyabrın 8-də rayonun Xındırıstan qəsəbəsinin ərazisində baş verib. B.Hüseynov naməlum avtomobil tərəfindən vurulub və hadisə yerində olub. Piyadanın ölümünə səbəb olan sürücü F.Əliyev hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi