Bakı. 9 noyabr. REPORT.AZ/ Ağdam rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə rayonunun Xındırıstan kəndində baş verib.
Belə ki, yolu keçmək istəyən rayon sakini Bəhrəm Həsənov naməlum avtomobil tərəfindən vurulub və o, hadisə yerində ölüb. Piyadanın ölümünə səbəb olan sürücü hadisə yerindən qaçıb.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən naməlum sürücünün tapılaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.