​Ağdamda piyadanı maşın vurub

​Ağdamda piyadanı maşın vurub Yaralının vəziyyəti orta ağırdır
Hadisə
28 Sentyabr , 2015 22:27
​Ağdamda piyadanı maşın vurub

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu gün Ağdam rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, qəza rayonun Evoğlu kəndində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili kənd ərazisindən keçərkən 37 yaşlı Nağıyev Namiq Rafiq oğlunu vurub. Ağır bədən xəsarətləri alan yaralı Quzanlı qəsəbəsində yerləşən rayon xəstəxanasına, oradan isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta ağırdır.

Hadisə zamanı bir neçə xırdabuynuzlu heyvan tələf olub.

Faktla bağlı Ağdam rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi