Ağdamda mərmi tapılıb

Ağdamda mərmi tapılıb Ağdam rayonunda top mərmisi tapılıb.
Hadisə
22 Oktyabr , 2019 18:02
Ağdamda mərmi tapılıb

Ağdam rayonunda top mərmisi tapılıb.

Bu barədə "Report"un Qarabağ Mərkəzinə  Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilibş

Bildirilib ki, oktyabrın 22-si saat 10:46-da FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 11:06-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağdam rayonu, Mərzili kəndi ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Ağdam Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib. Yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (OF-26) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 150 kv.m əraziyə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi