Bakı. 25 dekabr. REPORT.AZ/ Ağdam rayonunda oğurluq hadisəsi baş verib.
"Report"un məlumatına görə, naməlum şəxslər rayonun Bənövşələr qəsəbəsndə yaşayan Şəmistan Abışovaya məxsus mənzilə daxil olaraq oğurluq ediblər. Mənzildən xeyli miqdarda qızıl zinyət esyaları aparılıb.
Faktla bağlı Ağdam Rayon Polis İdarəsində araşdırma aparılır.