Ağdamda məktəbli qız qaçırılıb

Ağdamda məktəbli qız qaçırılıb Ağdamda məktəbli qız qaçırılıb.
Hadisə
22 Dekabr , 2021 11:09
Ağdamda məktəbli qız qaçırılıb

Ağdamda qaçırılan məktəbli qız ailəsinə təhvil verilib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, məktəbdən qayıdarkan qaçırılan 10-cu sinif şagirdinin axtarışlarına qızın ailəsinin Ağdam Rayon Polis Şöbəsinə müraciətindən sonra başlanılıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupdan "Report"un yerli bürosuna bildirilib ki, Ağdam RPŞ-nın əməkdaşlarının həyata keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri ilə qızın qaçırıldığı ünvan və onu qaçıranın şəxsiyyəti müəyyənləşdirilib.

Daha sonra polis əməkdaşları məktəbli qızı yaşadığı evə gətirərək ailəsinə təhvil veriblər.

Məktəbli istintaqa ilkin ifadəsində bildirib ki, o, öz istəyi ilə sevdiyi oğlanla birlikdə ailə qurmaq məqsədi ilə qaçıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

10:35

Ağdamda məktəbli qız qaçırılıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə ötən gün rayonun məcburi köçkünlərin məskunlaşdığı İmamqulubəyli qəsəbəsində baş verib.

Belə ki, İmamqulubəyli qəsəbə tam orta məktəbinin 10-cu sinif şagirdi G.M məktəbdən qayıdarkən qaçırılıb.

İlkin məlumatlara görə, qız sevdiyi oğlanla qaçıb.

Qızın valideynləri hadisə ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə (RPŞ) müraciət ediblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi