Ağdamda mağazadan oğurluq edilib

Ağdamda mağazadan oğurluq edilib Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisindəki mağazaların birindən oğurluq etməkdə və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Hadisə
22 İyun , 2022 12:09
Ağdamda mağazadan oğurluq edilib

Ağdamda mağazadan oğurluq edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə Ağdam Ağdam Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.

Daxil olan məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Fikrət Yahyazadə saxlanılıb. Onun mağazaya qeyri-qanuni yolla daxil olaraq seyfdən 3000 manata yaxın nəğd pul oğurladığı müəyyən edilib.

Bundan başqa, keçirilən tədbirlərlə narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Arzu Məmmədov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çətənə bitkiləri və çəkisi 1 kiloqram 390 qram olan marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi