Yuxarı

Ağdamda kurs imtahanında aşağı bal toplayan gənc intihar edib

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır

Ağdam. 20 noyabr. REPORT.AZ/ Ağdam rayonunda intihar hadisəsi olub. 

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Çəmənli kəndində baş verib.

Kənd sakini, 2001-ci il təvəllüdlü Rzayev Qığılcım Habil oğlu yaşadığı evin həyətində yerləşən tövlədə özünü asaraq intihar edib.

İlkin məlumata görə, o, ali məktəbə qəbul olmaq üçün rayonda fəaliyyət göstərən hazırlıq kurslarından birinə gedirmiş. Q.Rzayev kurs imtahanında aşağı bal topladığı üçün intihar edib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi