Ağdamda kişi qadını bıçaqlayaraq öldürüb - YENİLƏNİB-2

Ağdamda kişi qadını bıçaqlayaraq öldürüb - YENİLƏNİB-2 Ağdam rayonunun Əhmədağalı kəndində yerləşən “Balıqçılıq” kafesində 55 yaşlı qadını bıçaqlayaraq qətlə yetirən kişinin şəxsiyyəti məlum olub.
Hadisə
24 May , 2019 19:49
Ağdamda kişi qadını bıçaqlayaraq öldürüb - YENİLƏNİB-2
Report

Ağdam rayonunun Əhmədağalı kəndində yerləşən “Balıqçılıq” kafesində 55 yaşlı qadını bıçaqlayaraq qətlə yetirən kişinin şəxsiyyəti məlum olub.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, T.Vəliyeva rayonun Evoğlu kənd sakini, 1969-cu il təvəllüdlü Ayaz Kərim oğlu Quliyev tərəfindən bıçaqlanıb. 

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbnirlərindən sonra hadisəni törətməkdə şübhəli bilinən A.Quliyev saxlanılaraq istintaqa cəlb edilib. 


*** 18:26

Ağdam rayonunda naməlum kişi qadına çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb

"Report"un Qarabağ mərkəzinin məlumatına görə, hadisə rayonun Əhmədağalı kəndində yerləşən “Balıqçılıq” kafesində qeydə alınıb. 

Belə ki, rayonun Yuxarı Yüzbaşılı kənd sakini, 1964-cü il təvəllüdlü Təzəgül Sadıq qızı Vəliyeva naməlum şəxs tərəfindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. O xəstəxanada dünyasını dəyişib. 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.



*** 17:38


Ağdam rayonunda orta yaşlı qadın bıçaqlanaraq qətlə yetirilib.

"Report"un Qarabağ mərkəzi xəbər verir ki, hadisə rayonun Əhmədağalı kəndi ərazisində yerləşən "Balıqşılıq" kafesində baş verib. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşılı qadın naməlum kişi tərəfindən bıçaqlanıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralı qadın “təcili yardım” avtomobilləri ilə əvvəlcə Ağdam daha sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktl abğlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi