Yuxarı

Ermənilərin atdığı mərmi Ağdamda kənd icra nümayəndəliyinə düşüb

Binaya xeyli ziyan dəyib

Ağdam. 5 aprel. REPORT.AZ/ Ermənilərin atdığı mərmilərdən biri Ağdam rayonu, Əfətli kənd icra nümayəndəliyinə düşüb.

"Report" xəbər verir ki, Ermənistan ordusunun yaşayış məntəqələrimizi ağır atıcı silahlardan və uzaq atan toplardan atəşə tutması nəticəsində Ağdam rayon kənd icra nümayəndəliyinə "Qrad" mərmisi düşüb.

"Partlayış nəticəsində xəsarət alan olmayıb. Lakin binaya xeyli ziyan dəyib", - Rayon İcra Hakimiyyətindən bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi