Ağdamda işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 9 nəfər saxlanılıb

Ağdamda işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 9 nəfər saxlanılıb Onların barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib
Hadisə
390
12 May , 2021 09:37
Ağdamda işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 9 nəfər saxlanılıb
0 : 00
0 : 00

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərinə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, mayın 11-də Ağdam Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayonun Çəmənli kəndi ərazisindən işğaldan azad edilmiş ərazilərə keçmək istəyən 9 nəfər saxlanılıb.

Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib və onların barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Son xəbərlər

Orphus sistemi