Yuxarı
    Bağlamaq

    Ağdamda erməni hərbçiləri tərəfindən axıdılan mina zərərsizləşdirilib - FOTO

    Ağdam. 14 oktyabr. REPORT.AZ/ Ağdam rayonunda Qarqar çayından tapılan partlamamış mina zərərsizləşdirilib.

    "Report"un Qarabağ bürosunun verdiyi xəbər görə, Ermənistan ordusu tərəfindən Qarqar çayı vasitəsilə axıdılan piyada əleyhinə mina ANAMA-nın əməkdaşları tərəfindən partlayış yolu ilə məhv edilib.

    ANAMA-nın region üzrə qrup rəhbəri Elməddin Mirzəyev bildirib ki, ərazidə aşkar olunan mina barədə yerli əhali tərəfindən Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verilib. ANAMA-nın mobil əməliyyat qrupu tərəfindən əraziyə baxış keçirilib. Ermənistan istehsalı olan bir ədəd piyada əleyhinə TMM minasının daşınması mümkün olmadığından mütəxəssislər tərəfindən yerindəcə zərərsizləşdirilib.

    Qeyd edək ki, kənd sakinləri həmin ərazidə mal-qara otarır. Partlamamış döyüş sursatları erməni hərbçiləri tərəfindən əraziyə tez-tez axıdılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi