Ağdamda dibçəkdə çətənə bitkisi əkən şəxs saxlanılıb - FOTO

Ağdamda dibçəkdə çətənə bitkisi əkən şəxs saxlanılıb - FOTO Onun evindən 198 qram narkotik xassəli çətənə bitkisi aşkar edilib
Hadisə
29 May , 2017 20:19
Ağdamda dibçəkdə çətənə bitkisi əkən şəxs saxlanılıb - FOTO
Report.az

Ağdam. 29 may. REPORT.AZ/ Ağdam rayonunda narkotik xassəli çətənə bitkisi əkən şəxs saxlanılıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, 48 yaşlı Çəmənli kənd sakini Məmmədov Qəzənfər Həsi oğlu yaşadığı evin həyətində üç ədədi dibçəkdə, iki ədədi isə torpaqda əkilmiş vəziyyətdə olmaqla ümumi yaş kütləsi 198 qram təşkil edən aqrotexniki qaydada qulluq olunmuş narkotik xassəli çətənə bitkisi aşkar edilib və polis əməkdaşları tərəfindən götürülüb.

Məmmədov Qəzənfər Həsi oğlu əvvəllər də məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Ağdam rayon Polis şöbəsinin istintaq qrupunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi