Yuxarı
    Bağlamaq

    Ağdamda biçilmiş taxıl sahəsi yanıb

    Vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 1,4 tonu yanıb

    Bakı. 9 iyul. REPORT.AZ/ Bərdə rayonu, Hacılar kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 1,4 tonu yanıb. 

    "Report"un Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

    Bundan başqa, Ağdam şəhərində bələdiyyəyə məxsus ərazidə 20 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı biçilmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi