​Ağdamda bağçadan 27 min manat oğurlanıb

​Ağdamda bağçadan 27 min manat oğurlanıb Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır
Hadisə
101
25 Noyabr , 2015 20:56
​Ağdamda bağçadan 27 min manat oğurlanıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Ağdam rayonunda mənzildən oğurluq hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə rayonun Paşabəyli kəndində qeydə alınıb.

Belə ki, kəndin uşaq bağçasının binasında müvəqqəti məskunlaşan Ağdamın Xıdırlı kəndinin sakini Soltan Əliyevin evindən oğurluq olub. Naməlum şəxs və şəxslər köçkün ailənin evindən 27 min manat pul oğurlayıblar.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi