Ağdamda avtoxuliqanlıq edən şəxs həbs edilib

Ağdamda avtoxuliqanlıq edən şəxs həbs edilib Ağdamda avtoxuliqanlıq edən şəxs həbs edilib.
Hadisə
5 Avqust , 2022 12:16
Ağdamda avtoxuliqanlıq edən şəxs həbs edilib

Ağdamda avtoxuliqanlıq edən şəxs həbs edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində idarə etdiyi “VAZ-2107” markalı avtomobillə xuliqanlıq edərək rayon ərazisində ictimai qaydanı nümayişkaranə şəkildə pozan rayonun Şotlanlı kənd sakini Elvin Fərzəliyev saxlanılıb. İdarəsində olan avtomobil müvəqqəti duracağa yerləşdirilib.

E.Fərzəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəminin qərarı o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Son xəbərlər

Orphus sistemi