Ağdamda avtomobildən at əti aşkarlanıb

Ağdamda avtomobildən at əti aşkarlanıb Bakı. 24 fevral. REPORT.AZ/ Ağdam rayonunda avtomobildən at əti aşkarlanıb.
Hadisə
24 Fevral , 2018 16:02
Ağdamda avtomobildən at əti aşkarlanıb

Bakı. 24 fevral. REPORT.AZ/ Ağdam rayonunda avtomobildən at əti aşkarlanıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşları Alıbəyli kəndi ərazində İsmayılov Elman İsmayıl oğlunun idarə etdiyi “VAZ-21011” markalı 66-BL-704 dövlət nömrə nişanlı minik avtomobilini saxlayıblar.

Baxış zamanı avtomobilin yük yerində mənşəyi bəlli olmayan, dərisi soyulmamış 1 baş atın hissələrə bölünmüş əti aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, ət antisanitar şəraitdə daşınır, üfunətli iy verir, mənşəyinə və sağlamlığına dair heç bir sənədi yoxdur və baytarlıq baxışından keçməyib.

Ağdam Rayon Baytarlıq İdarəsinin əməkdaşları at ətindən nümunələr götürərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndəriblər.

Rayon Baytarlıq İdarəsinin rəsi Əli Bağırovun sözlərinə görə, avtomobildə aşkar olunan at əti müayinələr başa çatana kimi idarənin soyuducu kamerasında saxlanılacaq. Həmçinin, baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə mal sahibi barədə akt yazılaraq inzibati protokol tərtib edilib.

Son xəbərlər

Orphus sistemi