Ağdamda təmir sexində partlayış olub: 1 yaralı

Ağdamda təmir sexində partlayış olub: 1 yaralı Vəziyyəti ağır olduğundan yaralı Bakıya gətirilib
Hadisə
26 Noyabr , 2015 23:28
Ağdamda təmir sexində partlayış olub: 1 yaralı

Bakı. 26 noyabr. REPORT.AZ/ Ağdam rayonunda avtomobil təmir sexində güclü partlayış baş verib. "Report"un məlumatına görə, hadisə rayonun İmamqulubəyli kəndində qəydə alınıb.

Avadanlıqdaki hava sıxlığından baş verən partlayış zamanı sexdə usta işləyən Əzimov Vüsal Kərəm oğlu ağır bədən xəsarəti alıb. Yaralı ilk olaraq Ağdamın Quzanlı qəsəbəsində yerləşən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ancaq vəziyyəti ağır olduğundan daha sonra Bakı şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib.

Son xəbərlər

Orphus sistemi