Yuxarı

Ağdamda avtomobil aşıb, 2 nəfər xəsarət alıb

Ağdamda avtomobil aşıb, 2 nəfər xəsarət alıb

Ağdam rayonunda yol qəzası baş verib.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, “VAZ-2107” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişinlər Səbinə Abdullazadə və Aygün Sadıqova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi