Ağdamda 8 nəfər nişan tortundan zəhərlənib

Ağdamda 8 nəfər nişan tortundan zəhərlənib Hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb
Hadisə
7 İyul , 2017 19:20
Ağdamda 8 nəfər nişan tortundan zəhərlənib

Ağdam. 7 iyul. REPORT.AZ/ Ağdamda 8 nəfər nişan tortundan zəhərlənib.

"Report"un Qarabağ bürosundan verilən xəbərə görə, hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb.

Belə ki, nişan tortu yedikdən sonra halı pisləşən 68 yaşlı Nazim Babayev, 60 yaşlı Nailə Babayeva, onların oğlu 41 yaşlı Babayev Ramil və onun uşaqları 13 yaşlı Nəzrin Babayeva, 11 yaşlı Nailə Babayeva və 7 yaşlı Orxan Babayev, eləcə də digər ailədən olan 35 yaşlı İmanova Amaliya, 42 yaşlı İmanova Gülbəs zəhərləniblər.

Onlar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Hazırda vəziyyətləri orta ağırdır.  

Son xəbərlər

Orphus sistemi