Ağdamda 16 yaşlı oğlan at arabasının altında qalaraq ölüb

Ağdamda 16 yaşlı oğlan at arabasının altında qalaraq ölüb Hadisə rayonun Baharlı kəndində baş verib
Hadisə
25 Fevral , 2016 22:04
Ağdamda 16 yaşlı oğlan at arabasının altında qalaraq ölüb

Bakı. 25 fevral. REPORT.AZ/ Ağdam rayonunun Baharlı kəndində bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, 16 yaşlı kənd sakini Məzahir Əliyev təsərrüfat sahəsinə gedərkən yolda at arabası aşıb.

Arabanın altında qalan yeniyetmə hadisə yerində həyatını itirib. Uşağın meyiti tibbi müayinədən keçirilmək üçün Bərdə rayonuna gətirilib.

Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi