Ağdamda 16 reklam lövhəsini oğurlayan 3 nəfər tutulub

Ağdamda 16 reklam lövhəsini oğurlayan 3 nəfər tutulub Bakı. 30 yanvar. REPORT.AZ/ Ağdam rayonunda 16 reklam lövhəsini oğurlayan 3 nəfər tutulub.
Hadisə
30 yanvar 2018 08:00
Ağdamda 16 reklam lövhəsini oğurlayan 3 nəfər tutulub

Bakı. 30 yanvar. REPORT.AZ/ Ağdam rayonunda 16 reklam lövhəsini oğurlayan 3 nəfər tutulub.

Bu barədə "Report" DİN-nin mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, yanvarın 7-nə keçən gecə rayonun Quzanlı qəsəbəsində 4 avtobus dayanacağından 16 reklam lövhəsinin sökülərək oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və həmin lövhələrin 3 nəfər tərəfindən “Ford” markalı avtomobillə oğurlanması məlum olub. Təxirəsalınmaz tədbirlərlə cinayətdə şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Kamran Novruzov, Orxan Fərzəliyev və Samux rayon sakini Musa Musayev polis əməkdaşları tərəfindən müəyyən edilərək Gəncə şəhəri ərazisində saxlanılıblar.

Araşdırmalarla Kamran Novruzovun əvvəllər reklam şirkətlərindən birində çalışması, bir neçə rayonda həmin reklam lövhələrini quraşdırmaqla məşğul olması, lakin 2 il əvvəl işdən çıxarılması məlum olub. Onların birlikdə Gədəbəy, Qazax, Ağdaş, Sabirabad, Göyçay və Yevlax rayonları ərazislərində də avtobus dayanacaqlarının hissələrini sökərək oğurlamaları və metal qəbulu məntəqəsinə satmaları müəyyən edilib.

Polis əməkdaşları tərəfindən 28 ədəd lövhə və onların hissələri maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. 

Son xəbərlər

Orphus sistemi