Ağdam sakini Bakıda bıçaqlanıb

Ağdam sakini Bakıda bıçaqlanıb Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
29 noyabr 2018 07:00
Ağdam sakini Bakıda bıçaqlanıb
0 : 00
0 : 00

Bakı. 29 noyabr. REPORT.AZ/ Bakıda Ağdam rayon sakini bıçaqlanıb.

"Report"un Qarabağ bürosu məlumat verir ki, oktyabrın 31-də paytaxtın Nəsimi rayonu ərazisindən Ağdam rayon sakini E.Aslanovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İslam Abdurahmanzadə də müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi