Ağdam rayonunda oğru dəstə tutulub

Ağdam rayonunda oğru dəstə tutulub Onlar Ayaq Qərvənd qəsəbəsində qadına məxsus evdən 900 manat pul aparıblar
Hadisə
7 Sentyabr , 2016 19:07
Ağdam rayonunda oğru dəstə tutulub

Ağdam. 7 sentyabr. REPORT.AZ/ Ağdam rayonunda oğru dəstə tutulub.

"Report"un Qarabağ bürosundan verilən məlumata görə, Ağdam rayonunda oğurluqla məşğul olan dəstənin iki dost üzvü polis əməkdaşları tərəfindən yaxalanıb.

Rayonun Ayaq Qərvənd qəsəbəsində Əliyeva Dilbər Əziz qızına məxsus evdən pul oğurlayan dostlar 6 aydan sonra ələ keçiblər. Məlum olub ki, oğurluq edənlər Hüseynov Bəxtiyar Telman oğlu və Əhmədzadə Əhməd Habil oğludur. Onlar qadının evindən 900 manat pul aparıblar.

Faktla bağlı rayon polisində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi