Bakı. 16 avqust. REPORT.AZ/ Bu gün gecə saatlarında Ağdamın Birinci Dördyol qəsəbəsində yanğın hadisəsi baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.