Ağdamda mal-qara oğruları tutulub - FOTO

Ağdamda mal-qara oğruları tutulub - FOTO Onların əlində olan 1680 manat pulun 1650 manatı polis tərəfindən maddi sübut kimi götürülüb
Hadisə
9 Dekabr , 2016 00:18
Ağdamda mal-qara oğruları tutulub - FOTO

Ağdam. 9 dekabr. REPORT.AZ/ Ağdamın Əfətli kəndində, kənd sakini Kitay Məmmədovun şəxsi təsərrüfatından oğurluq edilib. 

Rayon polis şöbəsinin müstəntiqi Şamil Rəcəbovun "Report"a verdiyi məlumata görə, Ağdam rayon polisinin keçirdiyi əməliyyat nəticəsində oğurluğu törədənlərin rayon sakinləri 26 yaşlı Müşviq Səfərov, 24 yaşlı Rahib Cəfərov və 16 yaşlı Sərvan Cəfərov olduğu aşkar edilib. 

İstintaq zamanı saxlanılan şəxslər oğurladıqları heyvanları İmişli rayonunun mal-qara bazarında satdıqlarını etiraf ediblər. Onların əlində olunan 1680 manat pulun 1650 manatı polis tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı rayon polis şöbəsinin istintaq bölməsində cinayyət işi başlanıb araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi