Yuxarı

Ağcabədidə yol qəzası baş verib, 1 nəfər ölüb, 1 nəfər yaralanıb - FOTO

Qəzanın səbəbi avtotexniki ekspertizadan sonra məlum olacaq

Bakı. 2 sentyabr. REPORT.AZ/ Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Rayon Polis Şöbəsindən (RPŞ) "Report"a verilən məlumata görə, hadisə rayonun Xəlfərəddin küçəsində "VAZ 21011" markalı avtomobillə "VAZ 21015" markalı avtomobilin toqquşması nəticəsində baş verib. 

Qəza zamanı "VAZ 21011" sürücüsü Rövşən Bəhlul oğlu Rüstəmov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər avtomobilin sürücüsü Rahib Mirəli oğlu Əhmədov isə ağır bədən xəsarəti alıb. 

Faktla baglı Rayon Polis Şöbəsində araşdırma aparılır. Qəzanın baş vermə səbəbləri avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi