Bakı. 9 dekabr. REPORT.AZ/ Ağcabədi rayonunda evə basqın edən şəxs ailə başçısını qətlə yetirib.
"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, rayonun Aşağı Avşar kəndində Mehman Rüstəmovun yaşadığı evə gələn həmkəndlisi Fikrət Məhərrəmov münaqişə zəminində ona və onun arvadı Təranəyə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. M.Rüstəmov hadisə yerində ölüb, T.Rüstəmovanın vəziyyəti qənaətbəxşdir. Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Məhərrəmov Hindarx kəndinin ərazisində tutulub.
Onun barəsində cinayət işi başlanılıb, istintaq davam edir.