Ağcabədidə yük avtomobili ilə traktor toqquşub, ölən var

Ağcabədidə yük avtomobili ilə traktor toqquşub, ölən var Ağcabədi şəhirində yol qəzası olub.
Hadisə
20 Yanvar , 2021 11:44
Ağcabədidə yük avtomobili ilə traktor toqquşub, ölən var

Ağcabədi şəhərində yol qəzası olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 19-u saat 18 radələrində Ağcabədi şəhəri ərazisində Gəncə şəhər sakini N.Yusifovun idarə etdiyi MAN markalı yük avtomobili Bərdə rayon sakini Ə.Fətəliyevin idarə etdiyi MTZ markalı traktorla toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Ə.Fətəliyev orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi