Ağcabədidə yol qəzasında ölən və yaralananların şəxsiyyətləri məlum olub - YENİLƏNİB - FOTO

Ağcabədidə yol qəzasında ölən və yaralananların şəxsiyyətləri məlum olub - YENİLƏNİB - FOTO Ağcabədi rayonunda baş verən yol qəzasında ölən və yaralananların şəxsiyyətləri məlum olub.
Hadisə
209
16 Sentyabr , 2019 01:14
Ağcabədidə yol qəzasında ölən və yaralananların şəxsiyyətləri məlum olub - YENİLƏNİB - FOTO
Foto: "Report"

Ağcabədi rayonunda baş verən yol qəzasında ölən və yaralananların şəxsiyyətləri məlum olub.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, qəza zamanı ölən şəxs motosikletin sürücüsü, 1982-ci il təvəllüdlü Allahverdiyev Mübariz Bəhruz oğludur.

Qəza zamanı həmçinin Agcabədi rayon sakinləri - 1965-ci il təvəllüdlü Ədalət Əliyev və 1975-ci il təvəllüdlü Polad İsmayılov xəsarət alıblar. Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər hər iki yaralının vəziyyətinin ağır olduğunu bildirib.



***22:49

Ağcabədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Xocavənd kəndi ərazisində qeydə alınıb. 

Motosiklet “Volkswagen” markalı avtomobillə toqquşub. Nəticədə motosikletin sürücüsü hadisə yerində ölüb. Onun şəxsiyyəti hələlik müəyyənləşməyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi