​Ağcabədidə yaşayış evinə ilanlar daraşıb

​Ağcabədidə yaşayış evinə ilanlar daraşıb Rayon İcra Hakimiyyəti məsələyə müdaxilə edib
Hadisə
26 Aprel , 2015 15:50
​Ağcabədidə yaşayış evinə ilanlar daraşıb

Bakı. 26 aprel. REPORT.AZ/ Ağcabədi rayonunun Boyad kəndində yerləşən yaşayış evlərindən birinə ilanlar daraşıb.

"Report" xəbər verir ki, məsələyə Rayon İcra Hakimiyyəti də müdaxilə edib.

Ev sahibi Məhəmməd Aslanov problemin 5 ildir olduğunu və hər il yay fəslində ilanların onların həyatı üçün ciddi təhlükə yaratdığını bildirib. Onun sözlərinə görə, ötən il evdə təqribən 50 ilan görünüb.

"Ev 1958-ci ildə çiy kərpicdən inşa olunub. İlanların əsas yuvası da evin təməlində olduğundan aparılan profilaktik tədbirlər nəticəsiz qalıb", - deyə M.Aslanov bildirib.

Ağcabədi rayon İcra Hakimiyyəti problemin aradan qaldırılması üçün ailəyə yeni torpaq sahəsi və tikinti materialları ayırıb.

Son xəbərlər

Orphus sistemi