Ağcabədidə toyda qətl hadisəsi baş verib

Ağcabədidə toyda qətl hadisəsi baş verib Qətli törədən şəxs saxlanılıb
Hadisə
5 sentyabr 2018 08:20
Ağcabədidə toyda qətl hadisəsi baş verib

Ağcabədi. 5 sentyabr. REPORT.AZ/ Ağcabədi rayonunda toyda qətl hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, sentyabrın 4-də Ağcabədi şəhəri ərazisində yerləşən şadlıq saraylarının birində şəhər sakini Qurban Qurbanzadə münaqişə zəminində həmyerlisi Zaur Sadıqova bıçaqla xəsarət yetirib. Z.Sadıqov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə Q.Qurbanzadə saxlanılıb.

Son xəbərlər

Orphus sistemi