Ağcabədidə TIR-la minik maşını toqquşub, yaralanan var - FOTO

Ağcabədidə TIR-la minik maşını toqquşub, yaralanan var - FOTO Ağcabədi. 23 yanvar. REPORT.AZ/ Ağcabədi rayonunda yük avtomobili və minik avtomobili toqquşub.
Hadisə
23 Yanvar , 2019 16:26
Ağcabədidə TIR-la minik maşını toqquşub, yaralanan var - FOTO

Ağcabədi. 23 yanvar. REPORT.AZ/ Ağcabədi rayonunda yük avtomobili və minik avtomobili toqquşub.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonunun Qaravəlli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Türkiyə vətəndaşı İbrahim Ulusoyun idarə etdiyi TIR-la "VAZ 2107 " markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilinin 16 yaşlı sürücüsü ağır bədən xəsarətləri alıb. Yaralı ətrafda olan insanların köməyi ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun şəxsiyyəti hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi