​Ağcabədidə raket başlığı və tank mərmisi partladılıb

​Ağcabədidə raket başlığı və tank mərmisi partladılıb Rayon ərazisində 2 ədəd partlamamış hərbi sursat aşkar olunub
Hadisə
27 İyun , 2016 02:41
​Ağcabədidə raket başlığı və tank mərmisi partladılıb

Bakı. 27 iyun. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentlik (ANAMA) Ağcabədi rayonunda aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, iyunun 26-da 1 əkin sahəsinə və çay sahilinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat aşkar olunub.

Bildirilir ki, mərminin daşınması mümkün olmadığı üçün yerində partlayış yolu ilə məhv edilib. Gün ərzində 15 000 kv. m ərazi təmizlənib.

Ağcabədi rayonu

Minəxorlu kəndi – 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) döyüş başlığı) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 3 000 kv. m ərazi yoxlanılıb.

(DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatı)

Muğanlı kəndi - Qar-Qar çayı sahilində 1 ədəd partlamamış hərbi sursat (BK14-M 125 mm-lik tank mərmisi) aşkar olunub, mərminin daşınması mümkün olmadığı üçün partlayış yolu ilə məhv edilib, nəticə etibarı ilə 12 000 kv. m ərazi yoxlanılıb.

(FHN-nin Böhranlı Vəziyyətlərdə İdarəetmə Mərkəzi məlumatı)

Cəmi: 1 əkin sahəsi və çay sahili, 1 partlayış yeri və 1 təhlükəli əraziyə baxış keçrilib, 2 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) döyüş başlığı və 125 mm-lik tank mərmisi) aşkar edilib, nəticə etibarı ilə 15 000 kv. m ərazi yoxlanılıb.

Son xəbərlər

Orphus sistemi