Yuxarı

Ağcabədidə silsilə oğurluq edən şəxslər saxlanılıblar

Ağcabədidə silsilə oğurluq edən şəxslər saxlanılıblar

Ağcabədidə silsilə oğurluq edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report" verilən məlumata görə, bir qrup Ağcabədi rayon sakini müxtəlif vaxtlarda Ağcabədi Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus mağazalardan oğurluq edilməsi barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini E.Məmmədov və Ağcabədi rayon sakini E.Soltanov saxlanılıb. 

Araşdırmalar zamanı onların rayon ərazisindəki 3 mağazadan 7500 manat dəyərində ərzaq məhsulları və 130 manat nəğd pul oğurladıqları müəyyən olunub. Dindirilmə zamanı hər iki şəxs törtədikləri cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi