Ağcabədidə sexdən təqaüd kartları oğurlanıb

Ağcabədidə sexdən təqaüd kartları oğurlanıb Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
23 Yanvar , 2017 12:12
Ağcabədidə sexdən təqaüd kartları oğurlanıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Ağcabədi rayonunda sexdən təqaüd kartları oğurlanıb.

"Report"un məlumatına görə, hadisə rayon ərazisində yerləşən, Cümşüd Abbasova məxsus sexdə baş verib. 

Belə ki, naməlum şəxs və ya şəxslər tərəfindən hesabında 310 manat olan 2 ədəd danışıq kartı oğurlanıb.

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kartları oğurlamaqda şübhəli bilinən Laçın rayon sakini Məhəmmədəli İsmayılov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi