Yuxarı

Ağcabədidə restorandan oğurluq edən şəxslər saxlanılıb - FOTO

Ağcabədidə restorandan oğurluq edən şəxslər saxlanılıb

Ağcabədi rayonunda restorandan oğurluq edən ofisiant tutulub.

"Report" Qarabağ Mərkəzinin verdiyi məlumata görə, yerli sakin Rüstəm Quliyev Ağcabədi rayon Polis Şöbəsinə müraciət edərək, ona məxsus restorandan 540 manat dəyərində spirtli içkilərin oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Əlimərdan İsmayılov və dostu Elvin Hüseynov saxlanılıb. Məlum olub ki, restoranda ofisiant işləyən Ə.İsmayılov bahalı spirtli içkilərin saxlandığı yer barədə E.Hüseynova məlumat verib və onlar gecə saatlarında oğurluq hadisəsi törədiblər.

Faktla bağlı araşdırma aparılır.

Ağcabədidə rayonunda polisə oğurluq hadisəsi barədə yalan məlumat verən gənc qadın saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi