Ağcabədidə qoruyucu səddi olmayan transformator xırda buynuzlu heyvanları vurub

Ağcabədidə qoruyucu səddi olmayan transformator xırda buynuzlu heyvanları vurub Ağcabədi rayonunda xırda buynuzlu heyvanları elektrik cərəyanı vurub.
Hadisə
8 May , 2022 16:04
Ağcabədidə qoruyucu səddi olmayan transformator xırda buynuzlu heyvanları vurub

Ağcabədi rayonunda xırda buynuzlu heyvanları elektrik cərəyanı vuraraq öldürüb.

“Report”un Qarabağ bürosunun məlumatına görə, hadisə Şahsevən Təzəkənd kəndində baş verib.

Belə ki, kənd sakini Səməd Quluyevə məxsus bir neçə xırdabuynuzlu heyvan qoruyucu səddi olmayan elektrik transformatorunun ətrafında otlayarkən onları cərəyan vurub. Havanın yağışlı olması səbəbindən, elektrik cərəyanı ətrafa yayılıb, nəticədə cərəyan heyvanları vurub.

Son xəbərlər

Orphus sistemi