Ağcabədidə qəza törədən avtomobil yanıb, sürücü ölüb

Ağcabədidə qəza törədən avtomobil yanıb, sürücü ölüb Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.
Hadisə
131
21 Sentyabr , 2019 16:15
Ağcabədidə qəza törədən avtomobil yanıb, sürücü ölüb

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Boyat kəndi ərazisində baş verən hadisə zamanı avtomobil qəfildən alışaraq yanmağa başlayıb. Bu zaman avtomobilin sürücüsü, rayon sakini 1984-cü il təvəllüdlü Hüseynov İlham Xanhüseyn oğlu yanaraq ölüb. 

Faktla bağlı araşdırmalara başlanılıb. ***12:19

Ağcabədi rayonunda sürücünün yanaraq ölməsi ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə Boyat kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "VAZ 2199" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb və nəticədə avtomobil yanıb. 

Hadisə nəticəsində xəsarət alan sürücü avtomobili tərk edə bilmədiyindən yanaraq ölüb. 

Sürücünün şəxsiyyəti hələlik müəyyənləşməyib.

Son xəbərlər

Orphus sistemi