Ağcabədidə qəbiristanlıqdan oğurluq edən iki dost tutulub

Ağcabədidə qəbiristanlıqdan oğurluq edən iki dost tutulub Onlar qəbirlərin alüminium hasarlarını oğurlamaqla məşğul olublar
Hadisə
10 noyabr 2017 22:53
Ağcabədidə qəbiristanlıqdan oğurluq edən iki dost tutulub

Bakı. 11 noyabr. REPORT.AZ/ Ağcabədi rayonunda oğurluqla məşğul olan iki dost tutulub.

Rayon Polis şöbəsindən "Report"un Qarabağ bürosuna verilən məlumata görə, yerli sakinlər polisə ərizə ilə müraciət edərək bildiriblər ki, naməlum şəxslər rayon ərazisində yerləşən qəbiristanlıqlardan məzarların kənarlarına çəkilmiş hasarların alüminium hissələrini oğurlayıblar.

Dərhal polis tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən iki nəfər saxlanıb.

Rayon sakinləri İsfəndiyar Mirzəyev və Vüqar Şükürov ilkin ifadələrində törətdikləri əməli könüllü etiraf ediblər. Yaxın münasibətdə olan hər iki şəxs istintaqa bildirib ki, əldə etdikləri alüminium parçalarını rayon ərazisində fəaliyyət göstərən metal qəbulu məntəqəsinə təhvil verərək 150 manat pul əldə ediblər. Dostlar qazancı aralarında bölüblər.

Faktla bağlı rayon polisində cinayət işi başlanaraq istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi