Ağcabədidə qanunsuz ov edən şəxs saxlanılıb

Ağcabədidə qanunsuz ov edən şəxs saxlanılıb Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanda qanunsuz ov edən şəxs saxlanılıb.
Hadisə
8 Dekabr , 2018 13:14
Ağcabədidə qanunsuz ov edən şəxs saxlanılıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanda qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, dekabrın 7-də Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndi ərazisində Ağdam rayon sakini Xasay Həsənov qanunsuz ov etdiyi üçün rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ondan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi və 7 ədəd çöl quşu götürülüb.

X.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının kobud şəkildə pozulmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

Son xəbərlər

Orphus sistemi