Ağcabədidə partlamış "Qrad" raketi və top mərmisinin qalıqları aşkarlanıb

Ağcabədidə partlamış "Qrad" raketi və top mərmisinin qalıqları aşkarlanıb ANAMA ərazilərdə əməliyyatları davam etdirir
Hadisə
18 Avqust , 2016 17:39
Ağcabədidə partlamış Qrad raketi və top mərmisinin qalıqları aşkarlanıb

Bakı. 18 avqust. REPORT.AZ/ Ağcabədi rayonunda partlamış "Qrad" raketi və top mərmisinin qalıqları aşkar edilərək götürülüb.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) “Report”a verilən məlumata görə, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, partlamış 9M22U - "Qrad" raketi və top mərmisinin qalıqları aşkar edilərək götürülüb, nəticə olaraq 6 min kv.m ərazi yoxlanılıb.

Eyni zamanda, Tərtər rayonunun Həsənqaya kəndində 1 otlaq sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamışhərbi sursatın qalıqları aşkar edilərək götürülüb, 7 min kv.m ərazi yoxlanılıb.

ANAMA-da yaradılan xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Qeyd edək ki, ümumilikdə Agentlik aprelin 7-dən avqustun 18-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirib, 3 472 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 31 ədəd tank əleyhinə mina aşkar edərək zərərsizləşdirib.

Son xəbərlər

Orphus sistemi