Ağcabədidə ölümlə nəticələnən yol qəzası olub - YENİLƏNİB

Ağcabədidə ölümlə nəticələnən yol qəzası olub - YENİLƏNİB Ağcabədi. 25 sentyabr. REPORT.AZ/ Ağcabədi rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölən və yaralanan şəxsin adı məlum olub.
Hadisə
25 Sentyabr , 2018 12:33
Ağcabədidə ölümlə nəticələnən yol qəzası olub - YENİLƏNİB
Report
0 : 00
0 : 00

Ağcabədi. 25 sentyabr. REPORT.AZ/ Ağcabədi rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölən və yaralanan şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayon sakini Rizvan Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə R.Əliyevin sərnişini, həmyerlisi Afaq Qocayeva hadisə yerində ölüb. Ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilib. 



***11:49

Ağcabədi. 25 sentyabr. REPORT.AZ/ Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Nəticədə deformasiyaya uğrayan avtomobildə 1 nəfər ölüb, 1-i isə yralanıb. Ölən şəxsin qadın olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi