Ağcabədidə mənzildən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Ağcabədidə mənzildən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb Ağcabədi. 15 fevral. REPORT.AZ/ Ağcabədi rayonunda oğurluqla məşğul olan şəxs saxlanılıb.
Hadisə
39286
15 Fevral , 2019 19:00
Ağcabədidə mənzildən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Ağcabədi. 15 fevral. REPORT.AZ/ Ağcabədi rayonunda oğurluqla məşğul olan şəxs saxlanılıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, Ağcabədi rayon sakini olan bir qadın rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən oğurluq olduğu barədə məlumat verib.

Şöbədə dərhal əməliyyat qrupu yaradılıb, hadisə yerinə baxış keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində 500 manat və 1000 rus rublu, habelə qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, Hindarx qəsəbə sakini Nicat Savalanov saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirlər ilə onun cari il yanvarın 30-da rayon ərazisindəki daha bir evdən 150 manat pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Faktla bağlı rayon polisində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi