Ağcabədidə Mədəniyyət Evindən oğurluq edən şəxs saxlanılıb

Ağcabədidə Mədəniyyət Evindən oğurluq edən şəxs saxlanılıb Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon Mədəniyyət Evindən müxtəlif növ məişət və elektrik əşyaları oğurlayan şəxs saxlanılıb.
Hadisə
28 İyul , 2020 16:08
Ağcabədidə Mədəniyyət Evindən oğurluq edən şəxs saxlanılıb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon Mədəniyyət Evindən müxtəlif növ məişət və elektrik əşyaları oğurlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, 11 iyul tarixində Ağcabədi rayon Mədəniyyət Evindən oğurluq edilməsi barədə məlumat daxil olub.

Məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Elmin Qarayev saxlanılıb. Araşdırmalarla onun 2 500 manat miqdarında müxtəlif növ məişət və elektrik əşyaları oğurladığı müəyyən edilib.

Oğurlanmış əşyalar maddi sübut kimi götürülüb. O, ilkin dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi