Ağcabədidə minik maşını yük avtomobili ilə toqquşub

Ağcabədidə minik maşını yük avtomobili ilə toqquşub Hadisə nəticəsində iki nəfər yaralanıb
Hadisə
13 Oktyabr , 2015 22:13

Bakı. 13 oktyabr. REPORT.AZ/ Ağcabədi rayonunda minik və yük avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Ağdam istiqamətində hərəkətdə olan "KamAZ" markalı yük maşını Ağcabədi istiqamətində gedən "VAZ 2107" ilə toqquşub. Qəza zamanı minik avtomobilinin sürücüsü və qadın sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı Ağcabədi rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi