​Ağcabədidə minik avtomobili ilə traktor toqquşub

​Ağcabədidə minik avtomobili ilə traktor toqquşub Hadisə nəticəsində bir nəfər xəsarət alıb
Hadisə
3 May , 2015 01:08
​Ağcabədidə minik avtomobili ilə traktor toqquşub

Bakı. 3 may. REPORT.AZ/ Ötən gün axşam saatlarında Ağcabədi rayonunun Xocavənd kəndində “VAZ” markalı minik avtomobili ilə tarktorun toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nəticədə traktorun sürücüsü sükan arxasında sıxılaraq qalıb.

Bədən xəsarətləri alan sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alətlərdən istifadə olunmaqla traktordan çıxarılaraq adiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 23:40-da başa çatıb.

Son xəbərlər

Orphus sistemi