Yuxarı

Ağcabədidə mənzildən oğurluq edilib - VİDEO - YENİLƏNİB

​Ağcabədidə mənzildən oğurluq edilib

Video əlavə olunub


***21 Mart/14:27

Ağcabədi rayonunda mənzildən 3 min manat dəyərində məişət əşyaları oğurlanıb

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, rayon sakini Məhruzə Kazımova rayon polis şöbəsinə müraciət edərək bildirib ki, ona məxsus mənzildən 3 min manat dəyərində olan məişət əşyaları naməlum şəxs yaxud şəxslər tərəfindən oğurlanıb.

Rayon polis şöbəsində bu istiqamətdə əməliyyat axtarış tədbirləri həyata keçirilib. Müəyyən edilib ki, oğurluq hadisəsi rayon sakinləri Roman Əsədov, Röyal HüseynovƏlimərdan İsmayılov tərəfindən törədilib. İstintaq tədbirləri nəticəsində oğurlanmış əşyaların bir hissəsi maddi sübut kimi götürülüb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi