Ağcabədidə məcburi köçkünə məxsus minik avtomobili oğurlanıb - FOTO

Ağcabədidə məcburi köçkünə məxsus minik avtomobili oğurlanıb - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
21 Fevral , 2018 20:24
Ağcabədidə məcburi köçkünə məxsus minik avtomobili oğurlanıb - FOTO
Report

Ağcabədi. 21 fevral. REPORT.AZ/ Ağcabədi rayonunda avtomobil oğurluğu olub.

"Report"un Qarabağ bürosunun məlumatına görə, rayonun 556 nömrəli köçkün qəsəbəsində müvəqqəti məskunlaşmış Ağdam rayon sakini Sədi İbrahimova məxsus "VAZ-21011" markalı avtomobil qaçırılıb. 

O, bu barədə Ağcabədi Rayon Polis Şöbəsinə məlumat verib.

Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlanan avtomobil Beyləqan rayonu ərazisindən keçən "Qarabağ" su kanalından aşkarlanıb. Hadisəni törədən şəxslər hələlik müəyyən edilməyib. Avtomobil yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi